Yuxarı
    Bağlamaq

    "Statoil" neftin qiymətinin 100 dollara qayıdacağına inanmır

    OPEC-də fikir ayrılığı yaransa neft kəskin azala bilər

    Bakı. 8 fevral. REPORT.AZ/ Norveçin "Statoil" neft-qaz konserni uzun müddətli perspektivdə neftin qiymətinin 100 dollar/barelə çatacağına ehtimal vermir. 

    "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Eldar Setre Norveçin işgüzar mətbuatı olan "Dagens Naerigsliv"ə müsahibəsində bildirib.

    "Statoil" daha əvvəl neftin barelinin qiymətinin 2018-ci ildə 80, yaxın 5-10 il ərzində isə 100 dollara çatacağını proqnozlaşdırsa da, indi bu proqnozları dəyişib. Yeni proqnozlara görə, 2017-ci ildə neftin barelinin qiyməti 55, 2020-ci ildə 75, 2030-cu ildə isə 80 dollar olacağı ehtimal edilib.

    Həmçinin "Statoil"un rəhbəri neft qiymətlərinin OPEC üzvləri arasında yarana biləcək fikir ayrılığı və ABŞ-ın şist neft hasilatını artırması ilə kəskin düşməsi variantını da istisna etməyib. 

    Xatırladaq ki, "Statoil"un 2016-cı ildə gəliri 23% azalaraq 45,87 mlrd. dollar, zərəri isə 2,9 mlrd. dollar təşkil edib. Şirkət 2016-cı ildə 3,2 mlrd. dollar xərclərə qənaət edib və bu göstəricinin 2017-ci ildə daha 1 mlrd. olacağını planlaşdırıb. Şirkət son illərdə ABŞ-da şist neft hasilatı, Kanadanın Alberta vilayətində neft qumu və Azərbaycandakı "Şahdəniz" qaz kondensatı layihələrindən imtina edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi