“Statoil”un xalis zərəri 24% artıb

“Statoil”un xalis zərəri 24% artıb Norveç neft şirkətinin zərəri 427 mln. dollara çatıb
Energetika
15 Noyabr , 2016 18:37
“Statoil”un xalis zərəri 24% artıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Norveçin “Statoil” şirkətinin bu ilin III rübündə xalis zərəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artaraq 427 mln. ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin rüblük hesabatında qeyd olunub.

Məlumata görə, bu ilin 9 ayında isə şirkətin zərəri 97% artıb və 117 mln. dollar olub.

Şirkətin açıqlamasında qeyd olunub ki, hesabat rübünün göstəricisi neft və qazın aşağı qiymətləri ilə yanaşı, quyulara texniki baxış üçün xərclərin çoxalması ilə əlaqədardır.