"Statoil" bir yataqda hasilatı dayandırıb

"Statoil" bir yataqda hasilatı dayandırıb Hadisə baş verən zaman platformada 67 nəfər olub
Energetika
25 Noyabr , 2016 17:38
Statoil bir yataqda hasilatı dayandırıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Norveçin “Statoil” şirkəti dəniz özülündəki yanğın siqnalı ilə əlaqədar “Heimdal” yatağında hasilatı dayandırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə baş verən zaman platformada 67 nəfər olub. Bu gün səhər saatlarında problem həll olunsa da hasilat prosesi bərpa edilməyib.

Qeyd edək ki, “Heimdal” qaz yatağı Şimal dənizində yerləşir. Yataq 1972-ci ildə kəşf edilib, hasilata isə 1986-ci ildə başlanılıb.

Son xəbərlər

Orphus sistemi