STAR zavodundan ilk nafta “Petkim”ə təslim edilib

STAR zavodundan ilk nafta “Petkim”ə təslim edilib Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdəki STAR neft emalı zavodunda istehsal olunan 1303 tonluq ilk nafta məhsulu əsas payı SOCAR-a məxsus Petkim neft-kimya kompleksinə təslim edilib.
Energetika
8 Fevral , 2019 17:35
STAR zavodundan ilk nafta “Petkim”ə təslim edilib

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdəki STAR neft emalı zavodunda istehsal olunan 1303 tonluq ilk nafta məhsulu əsas payı SOCAR-a məxsus "Petkim" neft-kimya kompleksinə təslim edilib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkədəki səhifəsində məlumat yayılıb.

“Bununla da, Türkiyədəki müəssisələrimizin emal və neft-kimya inteqrasiyasının gerçəkləşməsi istiqamətində ilk addım atıldı”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, ötən il oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emalı gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür.

2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

STAR zavodunda ildə 1,6 mln. ton nafta istehsal ediləcək. İstehsal edilən bütün həcmlərin “Petkim”ə satışı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi