STAR zavoduna ilk xam neft yükü çatdırılıb

STAR zavoduna ilk xam neft yükü çatdırılıb Zavod üçün ilk neft yükü Azərbaycan nefti olub
Energetika
3 Avqust , 2018 16:10
STAR zavoduna ilk xam neft yükü çatdırılıb
0 : 00
0 : 00

Bakı. 3 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunda (NEZ) emal olunmaq üçün ilk xammal qəbul olunub.

“Report” xəbər verir ki, STAR zavodu üçün “Absheron” adlı tankerlə 80 min ton həcmində “AzeriLight” markalı ilk xam neft yükü çatdırılıb.

Fəaliyyətə başlama ərəfəsində olan zavodda oktyabr ayına qədər sınaq məqsədi ilə emal həyata keçiriləcək:

"SOCAR tərəfindən 6,3 mlrd. dollarlıq investisiya ilə qurulan STAR NEZ Türkiyədə özəl sektor tərəfindən həyata keçirilən ən böyük investisiya olmaqdadır və avqust ayı etibarı ilə zavodda ilk test emalı həyata keçirilməyə başlanıb. STAR NEZ-in fəaliyyətə başlamadan əvvəl vacib mərhələlərindən biri sayılan sınaq fəaliyyəti məqsədi ilə 80 min tonluq ilk xam neft  244 metr uzunluğundakı “Absheron” tankeri ilə gətirilib. Bu ilk xam neft  SOCAR-ın vətəni Azərbaycandan gələn “AzeriLight” markalı neftdir",- "SOCAR Turkey Enerji A. Ş."dən bildirilib.

İlk xam neftin gəlişi münasibəti ilə təşkil olunan tədbirdə çıxış edən “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov bu ilin IV rübündə fəaliyyətə başlayacaq zavodun sınaq fəaliyyətinin uğurla davam etdiyini qeyd edib. “STAR NEZ-in ilk neftinin “AzeriLight” markalı neft olmağı bizim üçün böyük məna ifadə edir. “SOCAR Turkey” olaraq Türkiyənin ən böyük sənaye qrupu olmaq istiqamətində hər ötən il sürətlə irəliləyərkən strateji investisiyalarımızla ölkə iqtisadiyyatına və sənayesinə güç qatmağa davam edəcəyik. Yerli istehsalı artıran, idxalata bağlılığı və cari kəsiri azaldan, yeni iş yerləri yaradan sərmayələrimizi qarşıdakı illərdə də genişlədəcəyik”,-Z. Qəhrəmanov qeyd edib. 

SOCAR-ın strateji böyümə trendləri arasında xarici bazarlardakı investisiyaların genişləndirilməsinin önəmli yer tutduğunu qeyd edən Z. Qəhrəmanov bildirib ki, dünya enerji bazarında əmin addımlarla irəliləyən SOCAR bir çox ölkədə fəaliyyətlərini davam etdirir: “Bu ölkələr arasında Türkiyə bizim üçün çox önəmli  yerə sahibdir. SOCAR olaraq Azərbaycan və Türkiyə iqtisadiyyatlarının inkişafına dəstək verməyə davam edəcəyik. Bu çərçivədə Türkiyə dövləti ilə həyata keçirdiyimiz əməkdaşlıq bizim üçün böyük önəm və məna ifadə etməkdədir. Fürsətdən istifadə edərək Türkiyə və Azərbaycan hökümətlərinə də təşəkkürlərimi bildirirəm”.

“STAR Rafineri A.Ş.”nin baş direktoru Mesut İlter bildirib ki, Avropa, Orta Şərq və Afrikanı əhatə edən, bölgədəki ən böyük neft emalı zavodlarından biri olan STAR NEZ-də fəaliyyətə başlamadan əvvəl ən vacib məqamlardan biri sayılan sınaq fəaliyyəti üçün ilk neftin Azərbaycandan gəlməyinin iki qardaş ölkə arasındakı bu tarixi əməkdaşlığın bir nümunəsidir:

“Müəssisələrimizdə istismaravermə hazırlıqları və sınaq işlərindən sonra ilk testimizi də reallaşdırma mərhələsinə gəldik. Hədəfimiz STAR NEZ-i planlaşdırdığımız kimi bu ilin III rübündə etibarlı şəkildə tamamlayaraq fəaliyyətə başlamağını təmin etmək, eyni zamanda Azərbaycan və Türkiyə iqtisadiyyatlarına dəyər qatmaqdır”. STAR NEZ-in iqtisadiyyatın vacib dinamikalarından biri olacağını ifadə edən M.İlter bildirib ki, Türkiyənin ilk Strateji Yatırım Təşviq Sənədinə sahib olan STAR NEZ Türkiyədə cari kəsirin azalmağına hər il 1,5 mlrd. dollarlıq töhfə verəcək:

“İlk elektrik enerjisinin verilməsindən - 2017-ci ilin avqust ayından bugünə böyük  əzm və qərarlılıqla fəaliyyət göstəririk. Artıq istehsaldan əvvəl son mərhələdəyik. Türkiyə və Azərbaycan iqtisadiyyatlarına böyük dəyər qatacaq istehsal əməliyyatına ilk xam neftin nəqli ilə başlamış oluruq. Bu, bizim üçün böyük  qürur qaynağıdır. 4,8 mln. ton dizel yanacağı ve 1,6 mln. ton nafta ilə bərabər ölkəmizdəki cari kəsirin önəmli hissələrindən olan təyyarə yanacağı və LPG kimi neft məhsullarının istehsalını da reallaşdıracaq olan STAR NEZ ilə Türkiyənin global enerji bazarında rəqabət gücü də artacaq”.

“SOCAR Turkey”in hədəfləri arasında böyük önəmə sahib olan neft-emalı və neft-kimya inteqrasyasını təmin edəcək və qrup şirkətlərindən biri olan və Türkiyənin ilk neft-kimya təsisi "Petkim"in xammaddə ehtiyacının tamamına yaxınını təmin edəcək STAR NEZ yeni iş yerlərinin açılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində 19 500 içşi sayına sahib zavod, İstehsala başladığında 1 100 nəfərlik yeni iş yeri təmin edəcək.

Xatırladaq ki, zavoda ilk xam neftin çatdırılmasını SOCAR-ın Ticarət evi - “SOCAR Trading” təşkil edib.

Son xəbərlər

Orphus sistemi