Standartlaşdırma İnstitutu neft-qaz məhsullarının sınağı üçün yeni qurğular alacaq

Standartlaşdırma İnstitutu neft-qaz məhsullarının sınağı üçün yeni qurğular alacaq "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinın Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında Avro-4 və Avro-5 standartlarına cavab ve
Energetika
15 Dekabr , 2021 18:16
Standartlaşdırma İnstitutu neft-qaz məhsullarının sınağı üçün yeni qurğular alacaq

"İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinın Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında Avro-4 və Avro-5 standartlarına cavab verən benzin növlərinin oktan ədədinin tam dəqiq və beynəlxalq standartlara uyğun (ASTM 2699 )sınaqları həyata keçirilir”.

Bunu “Report”a açıqlamasında sınaq laboratoriyasının müdiri Murad Hüseynov deyib.

M.Hüseynov bildirib ki, növbəti il laboratoriyaya yeni cihazlar gətiriləcək:

“Hazırda laboratoriyamızda əsas yenilik oktan ədədini təyin edən cihazın olmasıdır. Həmçinin burda Avro-5 standartına uyğun dizel yanacağının sürtünmə əmsalı və oksidləşmə stabilliyi testi ən müasir cihazlarla təyin olunur.

Növbəti il laboratoriyamıza yeni cihazların gətirilməsini planlaşdırırıq. Bizim laboratoriyamız AZS İSO İEC 17025-in tələblərinə uyğun olaraq akkreditasiya olunub. Növbəti hədəfimiz Türkiyə, Almaniya və digər Avropa ölkələrinin akkreditasiya orqanlarından akkreditə olunmaqdır. Bununla yanaşı yeni müasir qurğuların alınması nəzərdə tutulub.

Biz 2014-cü ildə İngiltərənin BSİ akkreditasiya şirkətinin sertifikatına layiq görülmüşük”, - M.Hüseynov əlavə edib.

Son xəbərlər

Orphus sistemi