Şotlandiya şirkəti Azərbaycanda filial açıb

Şotlandiya şirkəti Azərbaycanda filial açıb "Baku Drilling Equipment Ltd." şirkətinin baş ofisi Qlazqoda yerləşir
Energetika
9 Sentyabr , 2015 12:29
Şotlandiya şirkəti Azərbaycanda filial açıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Şotlandiyanın (Birləşmiş Krallıq) "Baku Drilling Equipment Ltd." şirkətinin Azərbaycanda filialı qeydiyyatdan keçib. "Report"un verdiyi xəbərə görə, filial bu yaxınlarda dövlət qeydiyyatına alınıb.

Filialın qanuni təmsilçisi Böyük Britaniya və Şimali İrlandiya vətəndaşı Makkalok Con Maldundur (Mcculloch John Muldoon). Şirkət Bakı şəhərinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,44 ünvanında yerləşir.

Qeyd edək ki, "Baku Drilling Equipment" şirkəti 2014-cü ilin avqust ayında "Caspian Drilling Equipment" adı ilə Qlazqoda qeydiyyatdan keçib. Noyabr ayından isə adı "Baku Drilling Equipment"ə dəyişdirilib.

Şirkəti Britaniya vətəndaşı olan 4 rəhbər idarə edir.

Son xəbərlər

Orphus sistemi