Yuxarı

Son 40 il ərzində ilk dəfə Avropaya amerika nefti gətirilib

Neft Marsel yaxınlığındakı Fos limanında boşaldılacaq və oradan boru kəmərlə İsveçrə və ya Almaniyanın NEZ-lərinə göndəriləcək

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ nefti ilə dolu ilk tanker Avropaya gəlib. "Report" "Financial Times"a istinadən xəbər verir ki, neft Marsel yaxınlığındakı Fos limanında boşaldılacaq və oradan boru kəmərlə İsveçrə və ya Almaniyanın Neft Emalı Zavodlarına göndəriləcək.

İxrac prosesi ABŞ neftinin ölkədən çıxarılmamasına dair 40 il qüvvədə olan qərarın bu yaxınlarda ləğv edilməsindən sonra bərpa olunub.

Daşınma və çatdırılmanı dünyanın ən nəhəng müstəqil neft treyderi "Vitol" həyata keçirib. Şirkət "Carlyle" qrupu ilə birgə xammalın emalını həyata keçirəcək.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama ötən il dekabrın 18-də 2016-cı maliyyə ili üçün büdcə layihəsini imzalayaraq 40 ildən çox qüvvədə olan Amerika neftinin ixracı qadağası ləğv etmişdi. ABŞ xam neftinin ixracına qadağa isə 1975-ci ildə enerji böhranına cavab addımı olaraq atılmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi