​SOCAR: Yunanıstanda istənilən hökumət TAP layihəsini dəstəkləyir

​SOCAR: Yunanıstanda istənilən hökumət TAP layihəsini dəstəkləyir Bu, minlərlə iş yerinin açılması, ucuz qazın idxalı və Yunanıstanın enerji təhlükəsizliyinin güclənməsi deməkdir
Energetika
15 İyul , 2015 17:40
​SOCAR: Yunanıstanda istənilən hökumət TAP layihəsini dəstəkləyir

Bakı. 15 iyul. REPORT.AZ/ Yunanıstandakı siyasi vəziyyət Trans-Adriatik boru kəmərinin (TAP) ölkə ərazisindən keçməsinə təsir etmir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib: "Çünki bütün müqavilələr artıq bağlanıb, ərazilərin ayrılması üçün konrekt iş gedir və marşrutla bağlı bəzi məsələlərin həlli qalıb. Şimali Makedoniya və Kavalada bölgələrində bəzi yunan fermerlərin narahatlığı ilə əlaqədar olaraq bir qədər ləngimələr var. Lakin buna baxmayaraq, istənilən hökumət əvvəlki hökumətin bu boru kəmərinin öz ərazisindən keçməsi qərarını alqışlayır".

E.Nəsirov qeyd edib ki, bu layihənin icrası Yunanıstanda minlərlə iş yerinin açılması, iqtisadi və rəqabət mühitinin yaxşılaşması ilə əlaqədar daha ucuz qaz, habelə Yunanıstanın enerji təhlükəsizliyinin güclənməsi deməkdir: "Ona görə də istənilən hökumət hər hansı kiçik bir düzəliş təklif etməsinə baxmayaraq, bu, Yunanıstan üçün strateji baxımdan olduqca mühüm məsələdir. Tikinti işləri nə qədər tez başlayarsa, Azərbaycanda boru kəməri tikən, "Şahdəniz" layihəsində iştirak edən şirkətlər bir o qədər tez Yunanıstana pul yatıracaq".

Son xəbərlər

Orphus sistemi