SOCAR: Yeni tipli müəssisələrdə rəqəmsal texnologiyalardan istifadə olunur

SOCAR: Yeni tipli müəssisələrdə rəqəmsal texnologiyalardan istifadə olunur "Azərbaycanın qlobal brendi olan SOCAR artıq aparıcı enerji şirkətləri ilə bir sırada dayanır. Odur ki, Sənaye 4.0 çağırışları istiqamətində aparılan islahatların davam etdirilməsi və intensivləşdirilməsi zərurəti bu gün daha aktualdır".
Energetika
346
19 Sentyabr , 2020 10:56
SOCAR: Yeni tipli müəssisələrdə rəqəmsal texnologiyalardan istifadə olunur

"Azərbaycanın qlobal brendi olan SOCAR artıq aparıcı enerji şirkətləri ilə bir sırada dayanır. Odur ki, sənaye 4.0 çağırışları istiqamətində aparılan islahatların davam etdirilməsi və intensivləşdirilməsi zərurəti bu gün daha aktualdır".

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib.

Onun sözlərinə görə, rəqəmsal texnologiyalar iri müəssisələrdə fəaliyyətin optimallaşması üçün imkanları genişləndirir, iqtisadi səmərəliliyi, ekoloji effektivliyi və əməyin təhlükəsizliyini dəfələrlə artırır: “Son illər ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi genişmiqyaslı layihələr çərçivəsində SOCAR-ın əldə etdiyi nailiyyətlər, ilk növbədə, onunla əlaqədardır ki, biz enerji sektorunda ən müasir rəqəmsal texnologiyalardan istifadə edərək zamanla ayaqlaşmağa çalışmış və buna nail olmağı bacarmışıq. Qarşıda duran vəzifələrin icrası istiqamətində fəaliyyətini məhz bu kriteriyalar əsasında həyata keçirən SOCAR nəzərəçarpacaq irəliləyişlərə imza atıb və uğurlu strateji həmlələrini davam etdirir”.

R.Abdullayev bildirib ki, Türkiyədəki ən mühüm aktivlərindən olan PETKİM holdinqi dünyanın aparıcı rəqəmsal şirkətlər arasında özünə layiqli yer tutaraq rəqəmsal sistemin tətbiqli vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network”una seçildi. PETKİM 2018-ci ildə təsis edilən və “gələcəyin fabrikləri” kimi qəbul olunan 44 üzvdən ibarət “Global Lighthouse Network”ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir: “Son illərdə istismara başlamış yeni tipli müəssisəslərimizdə - “SOCAR-Polymer” kompleksinin polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən yüksək texnologiyalı zavodlarında, Türkiyədə STAR neft emalı zavodunda, Sumqayıt kimya-sənaye parkı layihəsi çərçivəsində istifadəyə verilmiş Karbamid zavodunda ən qabaqcıl texnologiyalardan, xüsusilə də rəqəmsal texnologiyalardan istifadə olunur".

Son xəbərlər

Orphus sistemi