SOCAR yeni nəsil qazma qurğusunun inşasında 60 mln. dollara qənaət edib

SOCAR yeni nəsil qazma qurğusunun inşasında 60 mln. dollara qənaət edib Rövnəq Abdullayev: "Qurğu 2017-ci ilin sonuna hazır olacaq"
Energetika
2 İyun , 2016 12:53
SOCAR yeni nəsil qazma qurğusunun inşasında 60 mln. dollara qənaət edib

Bakı. 2 iyun. REPORT.AZ/ "Yeni nəsil qazma qurğusunun büdcəsində qənaət olunub. Qurğunun inşası nəzərdə tutulandan ucuz başa gəlir". "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib. 

SOCAR rəhbəri qeyd edib ki, layihə çərçivəsində qənaət 60 mln. dollar olub. R.Abdullayev yeni nəsil qazma qurğusunun inşasında heç bir gecikmənin olmadığını bildirib. 

Onun sözlərinə görə, qurğu 2017-ci ilin sonuna hazır olacaq və işlərin 95%-i başa çatıb. 

Qeyd edək ki, qazma qurğusunun operatoru qismində "Caspian Drilling Company" şirkəti çıxış edir. Qurğunun tikintisinin podratçısı isə Sinqapurun "Keppel FELS Ltd." şirkəti seçilib.

Son xəbərlər

Orphus sistemi