SOCAR yeni daimi iş yerləri açacaq

SOCAR yeni daimi iş yerləri açacaq Şirkət Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə 6,5 min vakant iş yeri təqdim edib
Energetika
18 fevral 2016 08:12
SOCAR yeni daimi iş yerləri açacaq

Bakı. 18 fevral. REPORT.AZ/ İllik proqnozlara əsasən, Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 1 000 daimi iş yerinin yaradılması gözlənilir.

"Report"un verdiyi xəbərə görə, bunu QHT-lərlə görüşündə şirkətin İnsan Resursları Departamentinin rəhbəri Asif Bəkirli deyib. 

A.Bəkirli bildirib ki, SOCAR tərəfindən Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə 6 509 vakant iş yeri təqdim olunub. Onlardan 5 196-sı SOCAR-ın "Azəriqaz" İstehsalat Birlyi, 1 mini Qaz İxrac İdarəsi, 313-ü isə Nəqliyyat İdarəsi üzrə müəyyən edilib.

Departament rəhbəri deyib ki, işə qəbul zamanı kənar vətəndaşlarla yanaşı, aidiyyəti vəzifələr üzrə SOCAR-ın kadr ehtiyatları bazasına daxil edilmiş vətəndaşların da namizdəliyinə baxılacaq.

Son xəbərlər

Orphus sistemi