​"SOCAR Yay Məktəbi"nə müraciətlərin sayı artır

​"SOCAR Yay Məktəbi"nə müraciətlərin sayı artır Bu il "Yay Məktəbi"ndə iştirak etmək üçün 558 gənc müraciət edib
Energetika
3 Avqust , 2015 11:33
​SOCAR Yay Məktəbinə müraciətlərin sayı artır

Bakı. 3 avqust. REPORT.AZ/ Bu il "Yay Məktəbi"ndə iştirak etmək üçün 558 gənc Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) müraciət edib və onlardan yalnız 50-si seçilib. "Report" xəbər verir ki, bunu "SOCAR Yay Məktəbi-2015"in açılışında SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.

SOCAR rəsmisinin sözlərinə görə, hər il "Yay Məktəbi"nə maraq daha da artır:
"İlk dəfə bu layihəyə 2010-cu ildə başladıq. Həmin il 80, 2011-ci ildə 222, 2012-ci ildə 272, 2013-cü ildə 276 və 2014-cü ildə isə 380 gənc "Yay Məktəbi"nə müraciət edib".

X.Məmmədov dünyada ilk dəfə sənaye üsulu ilə Azərbaycanda neft çıxarıldığını xatırladıb: "Dünyada ilk sənaye üsulu ilə neft çıxarıldığı yeri Pensilvaniya hesab edilirdi. Amma artıq sübut olunub ki, bu belə deyil və ilk dəfə Bakıda sənaye üsulu ilə neft çıxarılıb. Hazırda dünyada çıxarılan neftin 75%-i, Azərbaycanda isə 90%-dən çoxu su sahəsindən çıxarılır".

"Əsrin müqaviləsi"nin Azərbaycan üçün əhəmiyyətindən danışan vitse-prezident bu kontraktın Azərbaycanın inkişafına təkan verdiyini deyib: "Nəzərə alsaq ki, Volqa-Don kanalı bizdə deyil, həmçinin orada bəlli həcmli tankerlə keçə bilər, o zaman biz boru xətti çəkməli idik. Bununla da biz Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilişinə nail olduq. Bu, "Əsrin müqaviləsi"ndən sonra növbəti uğurumuz idi".

SOCAR rəsmisi, həmçinin "Şahdəniz" layihəsindən və İranla qazın alqı-satqısı müqaviləsindən danışıb.

Son xəbərlər

Orphus sistemi