“SOCAR Yay Məktəbi 2016” layihəsinin qalibləri Türkiyəyə səfər ediblər

“SOCAR Yay Məktəbi 2016” layihəsinin qalibləri Türkiyəyə səfər ediblər Qaliblər “Petkim Petrokimya A.Ş.”ni ziyarət ediblər
Energetika
28 Noyabr , 2016 15:55
“SOCAR Yay Məktəbi 2016” layihəsinin qalibləri Türkiyəyə səfər ediblər

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İnsan Resursları Departamentinin təşkilatçılığı ilə avqustun 21-28-də həyata keçirilmiş ''SOCAR Yay Məktəbi 2016'' layihəsində qalib gələn komandalardan biri mükafat olaraq noyabrın 21-dən 27-ə kimi Türkiyədə səfərdə olub.

“Report” SOCAR-a istinadən xəbər verir ki, qaliblər SOCAR-ın beynəlxalq investisiya layihələri ilə yaxından tanışlıq məqsədi ilə İzmir şəhərinin Aliağa bölgəsində Türkiyə sənayesinin qabaqcıl qurumlarından biri olan “Petkim Petrokimya A.Ş.”-ni (“Petkim”) ziyarət ediblər. Komandanı “SOCAR Türkiyə” Şirkətlər Qrupunun İnsan Resursları Departamenti üzrə direktoru Dinar Məmmədova salamlayıb. “Petkim”in icraçı direktoru Anar Məmmədov istehsalat sahələrində aparılan yenidənqurma, modernizasiya işləri və perspektiv layihələr haqqında qonaqlara məlumat verib.

''SOCAR Yay Məktəbi 2016'' layihəsinin qaliblərindən Əsgər Vəliyev, Aqşin Babayev, Baba Həmzəyev, Şahin İbrahimov, Heydər Nəcəfov və Aysel Qədiməliyeva səfərdən xoş təəssürat aldıqlarını bildiriblər. 

Sonda komanda üzvlərinə xüsusi sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Son xəbərlər

Orphus sistemi