SOCAR yanvarda Supsadan 254 min ton neft ixrac edib

SOCAR yanvarda Supsadan 254 min ton neft ixrac edib Bu göstərici 2015-ci ilin yanvar ayının səviyyəsində qalıb
Energetika
1 Fevral , 2016 15:17
SOCAR yanvarda Supsadan 254 min ton neft ixrac edib

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 254 048 ton xam neft ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2015-ci ilin yanvar ayından 0,02% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Son xəbərlər

Orphus sistemi