Yuxarı

SOCAR yanvarda qazma işlərini 37% artırıb

Yanvarda 10 km-ə yaxın qazma işi həyata keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9 809 metr qazma işi həyata keçirilib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Bu ilin yanvar ayında həyata keçirilən qazma işləri ötən ilin müvafiq ayına nisbətən 37% artıq olub

Qeyd edək ki, yanvar ayı ərzində qazmadan alınmış 1 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi