SOCAR yanvarda Ceyhan limanından 1,5 mln. ton xam neft ixrac edib

SOCAR yanvarda Ceyhan limanından 1,5 mln. ton xam neft ixrac edib Bu göstərici ötən ilin yanvar ayından 11% azdır
Energetika
1 Fevral , 2016 14:39
SOCAR yanvarda Ceyhan limanından 1,5 mln. ton xam neft ixrac edib

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 510 913 ton xam neft ixrac edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar ayından 11% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

Son xəbərlər

Orphus sistemi