Yuxarı

​SOCAR yanğınsöndürmə balonlarının alınması üçün tender elan edib

Satınalma müqaviləsi 2016-cı il ərzində veriləcək qrafikə uyğun yerinə yetirilməlidir

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) strukturuna daxil olan qurumların 2016-cı il üzrə yanğınsöndürmə balonlarının təmiri və təkrar doldurulmasına olan tələbatını ödəmək məqsədilə açıq satınalma müsabiqəsi elan edib. “Report”un Şirkətdən əldə etdiyi məlumata görə, müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci sentyabrın 8-i saat 17:30-a qədər təqdim olunmalıdır.

Bundan əlavə, tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər ƏDV daxil olmaqla 300 manat və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqı ödəməlidir.

Müsabiqə təklifi sentyabrın 15-i saat 10:30-a qədər təqdim olunmalıdır və zərflər də həmin tarixdə açılacaq.

Satınalma müqaviləsi 2016-cı il ərzində veriləcək qrafikə uyğun yerinə yetirilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi