SOCAR Xəzərdəki neft-qaz yataqlarında ekoloji monitorinqə başlayıb

SOCAR Xəzərdəki neft-qaz yataqlarında ekoloji monitorinqə başlayıb İlk monitorinq işləri "Səngəçal-Duvvanı-Xərə-Zirə" və "Ələt dəniz" yataqlarında aparılıb
Energetika
17 May , 2016 12:55
SOCAR Xəzərdəki neft-qaz yataqlarında ekoloji monitorinqə başlayıb

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Şurası tərəfindən təsdiq olunmuş 2016-cı il üzrə illik iş planına əsasən, Ekologiya İdarəsi tərəfindən Xəzər dənizinin milli sektorundakı neft-qaz yataqlarında ekoloji monitorinqlərə start verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu məqsədlə Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən may ayında N.Nərimanov adına NQÇİ-nin istismarında olan “Səngəçal-Duvvanı-Xərə-Zirə” və “Ələt dəniz” yataqlarında “MPK-452” gəmisi vasitəsi ilə ətraf mühitin vəziyyətinin monitorinqi həyata keçirilib. Monitorinqlər zamanı seçilmiş stansiyalarda Niskin tipli batometr vasitəsilə su nümunələri götürülüb, gəminin laboratoriyasında “Professional Plus” çoxrejimli analitik cihaz vasitəsi ilə su nümunələrində hidrogen ionlarının qatılığı (pH), oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperatur təyin olub. Alınmış fiziki-kimyəvi nəticələrin Xəzər dənizi üçün xarakterik göstəricilər həddində olduğu müəyyən edilib. Bundan başqa “Van Veen” dibçarpanı vasitəsi ilə bioloji tədqiqatlar üçün dib çöküntüləri, bentos nümunələri, eləcə də dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülüb, tədqiqat gəmisinin laboratoriyasında emal edilib, qablaşdırılıb və Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.

Hazırda ekoloji monitorinq işləri SOCAR-ın digər dəniz yataqlarında davam etdirilir.

Son xəbərlər

Orphus sistemi