​SOCAR və “Uzbekneftegaz” arasında əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə edilib

​SOCAR və “Uzbekneftegaz” arasında əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə edilib “Uzbekneftegaz” şirkətinin nümayəndələri Bakıda olublar
Energetika
6 İyun , 2016 17:20
​SOCAR və “Uzbekneftegaz” arasında əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə edilib

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəvəti ilə XXIII Beynəlxalq Xəzər Neft və Qaz Sərgi-Konfransında iştirak etmək üçün Bakıya səfər edən “Uzbekneftegaz” Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri Alişer Sultanovun başçılıq etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət edib. 

SOCAR ilə “Uzbekneftegaz” şirkəti arasında mövcud biznes əlaqələrinin gücləndirilməsi, Neftqazelmitədqiqatlayihə İnstitutu və “Uzbekneftegaz” ASC-nin ''Ozlitineftgaz” İnstitutu arasında yaradılmış birgə müəssisənin fəaliyyət istiqamətləri, eyni zamanda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin bu il mayın 18-də Daşkənd şəhərinə səfəri zamanı imzalanmış və şirkətlər arasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumundan irəli gələn məsələlərin müzakirəsi səfərin əsas məqsədlərindən olub. Tərəflər arasında rəhbərlik və işçi qrupu səviyyəsində müzakirələr aparılıb və əməkdaşlığın daha da gücləndirilməsi barədə razılıq əldə edilib. 

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti İçəri Şəhər Tarixi Memarlıq Qoruğunda olub, onlara qoruğun tarixi, burada yerləşən müzey və eksponatlar barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi