SOCAR və UNİPER şirkətləri arasında iki saziş imzalanıb - YENİLƏNİB-2 - FOTOREPORTAJ

SOCAR və UNİPER şirkətləri arasında iki saziş imzalanıb - YENİLƏNİB-2 - FOTOREPORTAJ Şirkətlər enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair sənəd imzalayıb
Energetika
25 May , 2016 18:04
SOCAR və UNİPER şirkətləri arasında iki saziş imzalanıb - YENİLƏNİB-2 - FOTOREPORTAJ

İlk xəbər saat 11:54-də verilib

Bakı. 25 may. REPORT.AZ/ Bu gün Sumqayıtda "Azərikimya" İstehsalat Birliyində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın UNİPER (EON) şirkətlərinin Əlaqələndirmə Komitəsinin III iclası keçirilib.

"Report" xəbər verir ki, iclası giriş sözü ilə açan SOCAR prezidenti Rövnəq Abdullayev qonaqları salamlayıb. SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun və UNİPER şirkətinin vitse-prezidenti Uve Fipin yüksək biliyə, nəzəri, elmi və praktiki potensiala malik mütəxəssislərin yetişdirilməsi və digər sahələrdə həyata keçirilən birgə layihələrlə bağlı təqdimatları dinlənilib.

"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev iştirakçılara qurumda həyata keçirilən yeni layihələr haqqında məlumat verib.

Tədbir çərçivəsində SOCAR və UNİPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək "SOCAR-UNİPER" birgə müəssisənin yaradılması haqqında saziş imzalanıb. Sazişə əsasən, birgə müəssisədə SOCAR 51%, UNİPER isə 49% paya sahib olacaq.

Bundan sonra, yeni buxar turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi imzalanıb. Bildirilib ki, qurğunun inşası "Azərikimya" Etilen-Polietilen Zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyır.

Qeyd edək ki, sazişləri SOCAR prezidenti Rövnəq Abdullayev və UNİPER şirkətinin prezidenti Klaus Şehfer imzalayıblar.

***

İmzalanma mərasimində R.Abdullayev bildirib ki, buxar turbogenerator qurğusunun tikintisi layihəsinin dəyəri 26 mln. avro təşkil edir. Onun sözlərinə görə, ilkin olaraq Almaniya şirkəti 4 mln. avro investisiya yatıracaq: "Daha 20 mln. avro Bavariya Bankından 1%-lə 15 il müddətinə kredit kimi götürüləcək. Bu layihə çox effektlidir. Layihənin geri dönmə əmsalı 15%-dir".

***

Sonra iki şirkətin nümayəndələri Etilen-Polietilen Zavoduna gələrək ərazi ilə tanış olublar, zavodun buxar və elektrik enerjisi istehsalatı ərazisində tikintisi planlaşdırılan yeni Buxar Turbogenerator Qurğusunun təməlqoyma mərasimində iştirak ediblər.

Təməlqoyma mərasimindən sonra ərazidə ağacəkmə aksiyası keçirilib.

Son xəbərlər

Orphus sistemi