SOCAR və “Qazprom” kommersiya yük nəqliyyatı üçün CNG şəbəkəsi yarada bilər

SOCAR və “Qazprom” kommersiya yük nəqliyyatı üçün CNG şəbəkəsi yarada bilər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazprom” şirkəti arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi istiqaməti üzrə kommersiya yük nəqliyyatı üçün CNG şəbəkəsinin yaradılması və istismarı məsələlərinə dair təkliflər verilib və fikir mübadiləsi
Energetika
27 Aprel , 2022 10:11
SOCAR və “Qazprom” kommersiya yük nəqliyyatı üçün CNG şəbəkəsi yarada bilər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazprom” şirkəti arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi istiqaməti üzrə kommersiya yük nəqliyyatı üçün CNG şəbəkəsinin yaradılması və istismarı məsələlərinə dair təkliflər verilib və fikir mübadiləsi aparılıb.

“Report”un məlumatına görə, bunu bu ilin aprelin 21-22-də Moskva şəhərində keçirilmiş qaz-mühərrik yanacağı üzrə Ümumrusiya Forumunda “SOCAR PETROLEUM” QSC-nin baş icraçı direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib.

O, “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində təbii qaz infrastrukturunun inkişaf perspektivləri ilə bağlı “Beynəlxalq əməkdaşlığın yeni konturları: bazar perspektivləri və nəqliyyat dəhlizləri”nə dair məruzə ilə çıxış edib.

Xatırladaq ki, Moskvadakı tədbirdə təbii qazla bağlı beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması perspektivləri, o cümlədən Rusiya- Azərbaycan-İran dəhlizinin inkişaf xüsusiyyətləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi