SOCAR və “Petronas” arasında "Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə" imzalanıb

SOCAR və “Petronas” arasında "Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə" imzalanıb SOCAR-da Malayziyanın “Petronas” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
Energetika
3 Sentyabr , 2015 16:07
SOCAR və “Petronas” arasında Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə imzalanıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Malayziyanın “Petronas” neft-qaz şirkətinin prezidenti, baş icraçı direktoru Datuk van Zulkifli van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, görüşdə “Şahdəniz” layihəsində “Statoil”un payının “Petronas” tərəfindən alındığı xatırlanıb. R.Abdullayev qonaqlara “Şahdəniz” və Cənub Qaz Dəhlizi layihələrinin gedişi haqqında ətraflı məlumat verib. Bildirilib ki, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və boru kəmərlərinin inşası layihələri üzrə işlər qrafikə uyğun şəkildə uğurla davam etdirilir. Görülən işlər əminlik yaradır ki, 2018-ci ildə ilk qaz həcmlərinin Türkiyəyə ötürülməsi mümkün olacaq. 

Qonaq iki şirkət arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. SOCAR prezidenti isə öz növbəsində Azərbaycanın neft-qaz sənayesində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğulayıb, ölkədə investisiyaların təhlükəsizliyinə tam təminat verildiyini qonaqların diqqətinə çatdırıb. 

Görüşün sonunda SOCAR və “Petronas” arasında “Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə” imzalanıb. Sənədi SOCAR-ın prezidenti R.Abdullayev və “Petronas” şirkətinin prezidenti D.Z.Ariffin imzalayıblar. 

Son xəbərlər

Orphus sistemi