SOCAR və ENOC arasında müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə edilib

SOCAR və ENOC arasında müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə edilib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin ENOC şirkətinin sədr müavini Şeyx Səid Məhəmməd Əl Tayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Energetika
15 İyul , 2019 17:56
SOCAR və ENOC arasında müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin ENOC şirkətinin sədr müavini Şeyx Səid Məhəmməd Əl Tayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

“Report” xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev qonaqları salamlayıb, şirkətin həyata keçirdiyi yerli və beynəlxalaq layihələr haqqında ətraflı məlumat verib.

Bildirilib ki, belə görüşlər yeni əməkdaşlıq əlaqələrinin yaradılmasında xüsusi rol oynaya bilər.

ENOC şirkətinin sədr müavini Şeyx Səid Məhəmməd Əl Tayer səmimi qəbul üçün təşəkkür edib, SOCAR-ın fəaliyyətini daim yaxından izlədiklərini qeyd edib. Görüşdə SOCAR və ENOC şirkətləri arasında treydinq üzrə əməkdaşlıq və müxtəlif layihələrə sərmayə yatırımları imkanları, eləcə də perspektivlər müzakirə olunub. 

Görüşdən sonra qonaqlar “SOCAR TOWER”dəki interaktiv neft muzeyi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi