Yuxarı

​SOCAR və BP nümayəndələri Yunanıstan hökuməti ilə Cənub Qaz Dəhlizi layihəsini müzakirə ediblər

Görüşdə Cənub Qaz Dəhlizinin vacibliyi vurğulanıb

Bakı. 17 noyabr. REPORT.AZ/ SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və BP şirkətlərinin nümayəndələri Afinada Yunanıstan xarici işlər nazirinin beynəlxalq iqtisadi əlaqələr üzrə müavini Dimitris Mardasla görüşüblər. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə BP və SOCAR nümayəndələri Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin çoxtərəfli müsbət nəticələri, xüsusilə də Avropa hissəsindən keçən Trans-Adriatik boru kəməri (TAP) layihəsindən danışıblar. Qeyd olunub ki, boru kəməri Yunanıstanda yerli icmalar üçün, xüsusilə də yeni iş yerlərinin yaradılması baxımından vacibdir.

Həmçinin, SOCAR nümayəndə heyəti Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA şirkətində pay almaq niyyətini bir daha bəyan edib.

Yunanıstan xarici işlər nazirinin müavini isə qeyd edib ki, Yunanıstan hökuməti xarici sərmayələrin həyata keçirilməsini təşviq edir və fəal şəkildə dəstəkləyir. O, həmçinin Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolunu xüsusi vurğulayıb.

Qeyd edək ki, görüşdə Nazirliyin beynəlxalq iqtisadi əlaqələr və inkişaf üzrə baş katibi Georgios Tsipras və Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Musatafayev də iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi