​SOCAR "Ümid" yatağında böyük platforma quraşdıracaq

​SOCAR "Ümid" yatağında böyük platforma quraşdıracaq Platforma 6 quyuluq olacaq
Energetika
14 Oktyabr , 2015 17:02
​SOCAR Ümid yatağında böyük platforma quraşdıracaq

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Ümid" qaz yatağında böyük platforma quraşdırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Xəzər-Avropa Klubunun üzvləri ilə görüşdə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda yataqda üçüncü kəşfiyyat quyusu qazılır:

"Quyunun dərinliyi 2 601 metrdir. Bu quyuda qazma işləri bir qədər çətin aparılır, amma quyunun böyük əhəmiyyəti var. Quyu elə bir istiqamətdə qazılır ki, əgər məhsuldar olsa, orada 6 quyuluq böyük platforma quraşdırılacaq".

Qeyd edək ki, "Ümid" yatağı Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə yerləşir. “Ümid” yatağı "SOCAR-Ümid" birgə şirkəti tərəfindən 2010-cu ildə kəşf edilib. Yatağın ümumi ehtiyatı 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat həcmində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi