SOCAR “Ukrzaliznitsa” üçün 10 min ton dizel yanacağı tədarük edəcək

SOCAR “Ukrzaliznitsa” üçün 10 min ton dizel yanacağı tədarük edəcək Bakı. 29 dekabr. REPORT.AZ/ “SOCAR Ukraine” şirkəti “Ukrzaliznitsya” üçün 10 min ton həcmində dizel yanacağı tədarük edəcək.
Energetika
29 Dekabr , 2017 10:32
SOCAR “Ukrzaliznitsa” üçün 10 min ton dizel yanacağı tədarük edəcək

Bakı. 29 dekabr. REPORT.AZ/ “SOCAR Ukraine” şirkəti “Ukrzaliznitsya” üçün 10 min ton həcmində dizel yanacağı tədarük edəcək.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, “SOCAR Ukraine” bir ton dizel yanacağı üçün 26 min qrivna təklif edərək elan olunan tender üzrə 1 lotun qalibi olub.

Qeyd edək ki, “Ukrzaliznitsa” ümumilikdə 50 min ton dizel yanacağı üçün 5 lot üzrə tender keçirib.

Xatırladaq ki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Bu ilin iyun ayına olan məlumata görə, Ukraynada 4 neft bazası və 61 yanacaqdoldurma məntəqəsi SOCAR brendi altında fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi