SOCAR Ukraynada qaz satışına başlayıb

SOCAR Ukraynada qaz satışına başlayıb Dekabrın 30-da "SOCAR Ukraine" qazın alışı ilə bağlı "Eru Trading" şirkəti ilə saziş imzalayıb
Energetika
21 Fevral , 2017 09:49
SOCAR Ukraynada qaz satışına başlayıb

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Ukraine” Ticarət Evi Ukraynanın daxili bazarında təbii qazın satışına başlayıb.

“Report” bu barədə Ukrayna KİV-inə istinadən xəbər verir.

Məlumata görə, 2016-cı il dekabrın 30-da “SOCAR Ukraine” 131 mln. kubmetrə qədər qazın alışı ilə bağlı “Eru Trading” şirkəti ilə saziş imzalayıb.

Buna qədər isə ötən il fevralın 14-də şirkət “Ukrtransgaz” şirkəti ilə 2017-ci ilin yanvarından dekabrına kimi 180 mln. kubmetr təbii qazın nəqli ilə bağlı müqavilə imzlayıb.

Hazırda “SOCAR Ukraine” Ticarət Evi “Ukrzaliznitsa” şirkətinə 36,6 mln. kubmetr qazın tədarükü ilə bağlı tenderdə iştirak edir.