SOCAR Ukraynada "suda yanacaqdoldurma" mövsümünü açıb

SOCAR Ukraynada "suda yanacaqdoldurma" mövsümünü açıb SOCAR Odessa və Kiyevdə yaxta və qayıqları yanacaqla təmin edir
Energetika
18 May , 2016 14:30
SOCAR Ukraynada suda yanacaqdoldurma mövsümünü açıb

Bakı. 18 may. REPORT.AZ/ "SOCAR Ukraine" şirkəti Kiyev şəhərində 2016-cı ilin naviqasiya mövsümünün başlaması ilə əlaqədar yaxta və qayıqların yanacaqla təminatı üçün üzən "Bakı-1" adlı yanacaqdoldurma gəmisini suya salıb.

"Report"un "OilNews"a istinadən verdiyi xəbərə görə, bu barədə şirkətdən bildirilib.

Üzən yanacaqdoldurma məntəqəsi "Xalqlar Dostluğu" parkında, Dnepr çayında - "Primatel" yaxta-klubunun ərazisində yerləşir.

İkinci, "Gəncə" adlı yanacaqdoldurma gəmisi isə Odessa şəhərinin (Qara dəniz) kurort zonasındadır. O, bu ilin aprel ayından yenidən istifadəyə verilib.

Qeyd edək ki, "Bakı-1" gəmisi "Primatel" klubunun ərazisinə 2014-cü ildə köçürülüb.

Son xəbərlər

Orphus sistemi