Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti “SOCAR Energy Ukraine” Qazaxıstanın “Tengizchevroil” şirkətindən maye qaz idxal edib.
“Report” “Nefterynok” saytına istinadən xəbər verir ki, bu barədə “Upeco” konsaltinq şirkəti məlumat yayıb.
Qeyd edilib ki, təchizatın həcmi təxminən 310 ton maye qaz (175 ton propan, 135,5 ton butan fraksiyası) olub.
Maye qazın idxalçısı qismində “SOCAR Energy Ukraine” çıxış edib. Çatdırılma SOCAR-ın ticarət evi – “SOCAR Trading SA” vasitəsilə həyata keçirilib.
“SOCAR Energy Ukraine” şirkətinin qaz bölümü olan “SOCAR LPG”-dən bildirilib ki, bu həcm Kiyev regionunun topdansatış seqmentində satılır.