"SOCAR Ukraine": Şirkətin prioritet inkişaf istiqaməti dövlət sektorudur

"SOCAR Ukraine": Şirkətin prioritet inkişaf istiqaməti dövlət sektorudur "Biz regionda problemsiz logistika təmin edəcək olan üç neft anbarları açmağı planlaşdırırıq"
Energetika
22 Dekabr , 2016 17:03
SOCAR Ukraine: Şirkətin prioritet inkişaf istiqaməti dövlət sektorudur

Kiyev. 22 dekabr. REPORT.AZ/ "SOCAR Ukraine" şirkətinin prioritet inkişaf istiqaməti dövlət sektorudur".

Bunu "Report"a müsahibəsində "SOCAR Ukraine" şirkətinin topdan satış istiqaməti üzrə direktoru Andrey Bıçkov bildirib.

"Dövlət sektorunda artıq çox şey əldə etmişik. Son bir il ərzində ciddi işlər görmüşük, o cümlədən satınalınmaların şəffaflığı ilə bağlı. Məsələn, "Ukrzaliznıtsya" ASC-nin tenderlərində elə bir hal yaşatmışıq ki, dövlət satınalma sisteminə yeni oyunçu daxil olub və təklifinin rəqabətqabiliyyətliliyinə görə qələbəni təmin edib. Bu cür dəyişikliklər üçün katalizator olmağa davam edəcəyik. Bazar iştirakçıları və dövlət strukturlarının nümayəndələri ilə ictimai meydanda, ictimai dialoqda hamı üçün bərabər şərait təmin etməyə çalışacağıq" - A.Bıçkov vurğulayıb.

Eyni zamanda, "SOCAR Ukraine" kənd təsərrüfatı sahəsi ilə əməkdaşlıqda böyük potensial görür. A.Bıçkovun sözlərinə görə, Ukrayna aqrar sənaye nümayəndələri yanacağın ən böyük topdansatış istehlakçıları, tərəfdaşlıqda maraqlı olan və ədalətli qiymətlərə yüksək keyfiyyətli məhsul təmin edən tərəfdir.

"Öz məhsulları və aqrosoyuducuları ilə məşhur olan Ternopol, İvano-Frankovsk, Vinnitsa regionları bizim üçün prioritetdir. Bu bölgələrdə 3 ədəd neft anbarı açmağı düşünürük. Onların vasitəsilə regionlarda problemsiz logistika təmin edəcəyik" - şirkət nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi