"SOCAR Ukraine" ölkəyə qaz idxalında kommersiya şirkətləri arasında birinci olub

"SOCAR Ukraine" ölkəyə qaz idxalında kommersiya şirkətləri arasında birinci olub Bakı. 24 iyul. REPORT.AZ/ Bu ilin birinci yarısının yekunlarına əsasən, SOCAR Ukraine Ticarət Evi ölkəyə 250 milyon kubmetr təbii qaz idxal edib.
Energetika
24 İyul , 2018 15:19
SOCAR Ukraine ölkəyə qaz idxalında kommersiya şirkətləri arasında birinci olub
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Bu ilin birinci yarısının yekunlarına əsasən, "SOCAR Ukraine" Ticarət Evi ölkəyə 250 milyon kubmetr təbii qaz idxal edib.

"Report" "SOCAR Ukraine"ə istinadən xəbər verir ki, bu, 2017-ci ilin analoji dövrü ilə müqayisədə demək olar, 4 dəfə çoxdur.

Məlumata görə, bununla SOCAR Ukraynaya qaz idxalında kommersiya şirkətləri arasında birinci olub. Treyder satın alınmış resurslarla həm məişət istehlakçılarını, həm də böyük biznes strukturlarını təmin edir.

"Bundan sonra da təbii qaz idxalının həcmini artırmaq və bazardakı payımızı genişləndirməyi planlaşdırırıq. Bizə etibar edirlər, çünki SOCAR vicdanlı və etibarlı tərəfdaşdır və bu, Ukrayna üçün heç də az əhəmiyyət kəsb etmir. İrəliyə doğru fəal hərəkətimiz enerji bazarının biznes üçün daha açıq hala gəldiyini göstərir", - "SOCAR Energy Ukraine" şirkətinin baş direktoru Elçin Məmmədov bildirib.

Qeyd edək ki, "SOCAR Ukraine" Ticarət Evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə nümayəndəliyi olan SOCAR Şirkətlər Qrupuna daxildir və neft məhsullarının kiçik və böyük topdansatış istiqamətini genişləndirir. 2017-ci ilin əvvəlindən isə "SOCAR Ukraine" təbii qaz bazarına daxil olub.

Son xəbərlər

Orphus sistemi