Yuxarı
    Bağlamaq

    "SOCAR Ukraine" müştərilərini mükafatlandırmağa davam edir

    Aksiyada iştirak etmək üçün azı 30 litr Aİ-92, Aİ-95, Nano 95, Nano 98, Nano DP, Diesel Nano Extro markalı yanacaq vurmaq lazımdır

    Kiyev. 5 dekabr. REPORT.AZ/ "SOCAR Ukraine" şirkətinin keçirdiyi "Level mükafat" aksiyası çərçivəsində növbəti müsabiqə başa çatıb.

    "Report"un Ukrayna bürosunun məlumatına görə, artıq dördüncü müsabiqənin qalibləri bəlli olub.

    Qeyd edək ki, "Level mükafat" aksiyası noyabr ayının 1-dən yanvar ayının 31-dək Ukraynadakı SOCAR yanacaqdoldurma məntəqələrində (YDM) keçirilir. SOCAR yanacaqdoldurma kompleksi (YDK) LEVEL sadiqlik kartı üzrə uduşa bonuslar (həftəlik 100, 200, 300, 500, 1000), 6 ədəd "Apple iPhone 7 Black 32 GB" smartfonu və 7 ədəd "Apple Watch Series 2 Space Gray Aluminum Case with Black Sport Band 38 mm" saat çıxarıb.

    Müsabiqənin yekunlarına görə, Aleksey Perşin "Level" kartına 300, Nikolay Adamenko 500, Sergey Truxan isə 1000 bonus qazanıb.

    Əsas mükafatı - "Apple iPhone 7 Black 32 GB" smartfonunu Arina Qonta qazanıb.

    Əlavə edək ki, aksiyada iştirak etmək üçün azı 30 litr Aİ-92, Aİ-95, "Nano 95", "Nano 98", "Nano DP", "Diesel Nano Extro" markalı yanacaq vurmaq lazımdır. Avtomobilə maye qaz vurmaq müsabiqədə iştirak etmək hüququ vermir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi