“SOCAR Ukraine” Müdafiə Nazirliyinə 5 min ton reaktiv yanacaq tədarük edəcək

“SOCAR Ukraine” Müdafiə Nazirliyinə 5 min ton reaktiv yanacaq tədarük edəcək Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - “SOCAR Ukraine” şirkəti Ukrayna Müdafiə Nazirliyinə 5 min ton həcmində reaktiv mühərrik yanacağı tədarük edəcək.
Energetika
6 İyun , 2018 09:54
“SOCAR Ukraine” Müdafiə Nazirliyinə 5 min ton reaktiv yanacaq tədarük edəcək
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - “SOCAR Ukraine” şirkəti Ukrayna Müdafiə Nazirliyinə 5 min ton həcmində reaktiv mühərrik yanacağı tədarük edəcək.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, “SOCAR Ukraine” Ukrayna Müdafiə Nazirliyinin 24,880 min ton reaktiv mühərrik yanacağının alınması ilə bağlı elan etdiyi tenderin qaliblərindən biri olub. Şirkət iki lotun qalibi olub.

“SOCAR Ukraine”nın tədarük edəcəyi yanacağın qiyməti 28 878 qrivna/tondur.

Yanacağın tədarükü 1 avqust - 30 sentyabr tarixlərində həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi