Yuxarı
    Bağlamaq

    "SOCAR Ukraine": "Azərbaycanın biznesə yanaşması və prinsipləri şirkətin iş üsullarına təsir edir"

    Şirkət rəsmisi ənənəvi şərq xeyirxahlığına və açıqlığına sadiq olmağa çalışdıqlarını bəyan edib

    Kiyev. 10 dekabr. REPORT.AZ/ SOCAR Ukraine" şirkətinin fəlsəfəsi müştərinin özünü arzulanan qonaq kimi hiss etməsidir. "Report" xəbər verir ki, bu barədə "Qanun və biznes" qəzetinə müsahibəsində "SOCAR Ukraine"nin Hüquqi Təminat İdarəsinin rəisi Mixail Tretyakov bildirib.

    "Azərbaycanın biznesə yanaşmasl və prinsipləri "SOCAR Ukraine" şirkətinin iş üsullarına təsir edir. Vəkillər soyuqqanlı insanlardır. Biz daha çox rasional təfəkkürlə hərəkət edirik. Amma eyni zamanda, həmkarlarımızla münasibətlərdə müəyyən milli kolorit də olur", - deyə M.Tretyakov vurğulayıb.

    Onun sözlərinə görə, təmsil etdiyi şirkət ənənəvi şərq xeyirxahlığı və açıqlığına sadiq olmağa çalışır və bu, ünsiyyət qurmaqda ona yardım edir: "Pərakəndə satışımız buna nümunədir: şirkət fəal şəkildə öz ənənələrini təbliğ edir. Özü də bunu həm yanacaqdoldurma mənqələlərinin dizaynında, həm onlarda satılan, yeməklər üçün nəzərdə tutulmuş kartların doldurulmasında, həm də müştəriyə yanaşmada - əsas diqqətin onunla ünsiyyətə yönəlməsində hiss etmək olar. Çünki bizim fəlsəfəmiz müştərinin özünü arzulanan qonaq kimi hiss etməsidir".

    Bununla yanaşı, o, Azərbaycan və Ukraynanın hüquq sisteminin çox oxşar olduğunu vurğulayıb.

    "Bu, hüquqşünaslar və departamentlərimiz arasında anlaşmanı asanlaşdırır", - M.Tretyakov əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi