Yuxarı
    Bağlamaq

    SOCAR Türkmənistanda beynəlxalq neft-qaz sərgi-konfransında iştirak edib

    1 350-dən çox xarici qonaq və Türkmənistanın 1 000-ə yaxın dövlət nümayəndəsi sərgi-konfransı ziyarət edib

    Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aşqabadda keçirilmiş "Turkmenistan Oil & Gas-2016" XXI Beynəlxalq Sərgi-Konfransda ayrıca pavilyonla təmsil olunub.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, sərgi-konfransda şirkətin geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Konfransa ABŞ, Avropa, Asiya, Yaxın Şərq və MDB-nin 21 ölkəsindən 110 şirkət qatılıb.

    Tədbirin açılış mərasimində Türkmənistan baş nazirinin müavini Yaxşigəldi Kakayev və onu müşayət edən şəxslər SOCAR-ın pavilyonunda olub, onlara Azərbaycanın neft-qaz sənayesinin müxtəlif sahələrində əldə edilən uğurlar və nailiyyətlər barədə ətraflı məlumat verilib, SOCAR-ın imkanlarını əks etdirən eksponatlar nümayiş etdirilib. Y.Kakayev Azərbaycanın və SOCAR-ın uğurlarını maraqla izlədiklərini söyləyib, xoş arzularını bildirib.

    “Sərgi müddətində SOCAR pavilyonunda nümayiş olunan eksponatlar, ziyarətçilərə təqdim edilən jurnal-bülleten və reklam xarakterli suvenirlər yerli və xarici qonaqlarda böyük maraq doğurub. Ümumilikdə, 1 350-dən artıq xarici qonaq və Türkmənistanın 1 000-ə yaxın dövlət nümayəndəsi sərgi-konfransı ziyarət edib” - SOCAR-dan qeyd olunub.                     

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi