Yuxarı
    Bağlamaq

    SOCAR Türkiyənin əsas magistral yollarında 8 CNG stansiyası quraşdırıb

    SOCAR CNG stansiyalarının sayının bu il ərzində artırılması nəzərdə tutulur

    Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə törəmə qurumu olan "SOCAR Turkey"in yanacaq və təbii qaz satışı üzrə fəaliyyət göstərən "SOCAR Turkey Petrol Enerji Dağıtım A.Ş." (SOCAR Dağıtım) şirkəti ölkənin əsas ticarət marşrutunda yerləşən "Türkiyə Mavi Dəhliz" adlı CNG (Sıxılmış Təbii Qaz) stansiyalar şəbəkəsinin inşasını tamamlayıb.

    "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul-İzmir və İstanbul-Ankara-Mersin şəhərlərini bağlayan əsas magistral yolları üzərində yerləşən "SOCAR CNG" satış stansiyaları artıq xidmət göstərməyə başlayıb.

    CNG xəttinin ilk hissəsi Gəbzənin Şəkərpınar ərazisindən başlayaraq Bolu, Ankara və Aksaray stansiyalarından Mersinə qədər uzanır. İkinci hissəsi isə Gəbzəni Bursanın Gemlik, Mustafakemalpaşa və İzmirin Kamalpaşa stansiyaları ilə İzmirə birləşdirir.

    "SOCAR CNG" şəbəkəsi 200-250 km məsafələrdə quraşdırılıb və ümumi sayı 8 ədəddir.

    "SOCAR CNG" stansiyalarının sayının bu il ərzində artırılması nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi