"SOCAR Turkey" yeni-neft kimya kompleksi üçün Fransa şirkətinin texnologiyasından istifadə edəcək

"SOCAR Turkey" yeni-neft kimya kompleksi üçün Fransa şirkətinin texnologiyasından istifadə edəcək Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” Fransanın “Axens” şirkətinin texnologiyasını (ParamaX Technology Suite) Əliağada (İzmir, Türkiyə) inşası nəzərdə tutulan yeni neft-kimya kompleksində Aromatiklər və Saf Tereftal Turşusu (PTA) layihələrində istifadə üçün seçib.
Energetika
16 Mart , 2018 13:14
SOCAR Turkey yeni-neft kimya kompleksi üçün Fransa şirkətinin texnologiyasından istifadə edəcək

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” Fransanın “Axens” şirkətinin texnologiyasını (ParamaX Technology Suite) Əliağada (İzmir, Türkiyə) inşası nəzərdə tutulan yeni neft-kimya kompleksində Aromatiklər və Saf Tereftal Turşusu (PTA) layihələrində istifadə üçün seçib.

“Report” xəbər verir ki, bu barədə “Axens” şirkəti məlumat yayıb.

“Axens” həmçinin katalizator, absorbent, avadanlıq təmin etməklə yanaşı, zavodun işçiləri üçün təlimlər də həyata keçirəcək.

Qeyd edək ki, yeni neft-kimya kompleksində Aromatiklər və Saf Tereftal turşusu müəssisələrinin yaradılması nəzərdə tutulur.

“STAR” Neft Emalı Zavodu (NEZ) istismara verildikdən sonra əldə edilən xammaldan yeni Aromatiklər zavodunda istifadə olunması planlaşdırılır. Bu zavoddan əsasən paraksilol və benzol əldə ediləcək. İstehsal olunan paraksiloldan digər yeni müəssisədə saf tereftal turşusu istehsal olunacaq. Bu məhsul əsasən plastik qabların və tekstildə istifadə olunan fiber liflərin istehsalında xammal kimi istifadə olunur. Saf tereftal turşusu əsasən daxili tələbatın təminatına yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi