Bakı. 8 fevral. REPORT.AZ/ “
Bunu “Report”a “SOCAR Turkey Enerji”dən şirkətin baş icraçı direktoru Zaur Qəhrəmanova istinadən 600-700 yanacaqdoldurma məntəqəsinə sahib şirkət satın almağı planlaşdırdıqları ilə bağlı bu gün KİV-lərdə yayılan xəbərləri dəqiqləşdirərkən bildirilib.
“SOCAR Turkey”dən deyilib ki, şirkətin uzunmüddətli strateji hədəfləri mövcuddur və bu hədəflər çərçivəsində addımlar atılır. Qeyd edilib ki, hazırda əsas strateji hədəfə Türkiyənin neft-kimya sahəsində inkişaf etmək, yeni neft-kimya kompleksinin inşasını həyata keçirmək daxildir: “Sözsüz ki, gələcəkdə Türkiyədə yanacaqdoldurma şəbəkəsinə də malik olmaq niyyətimiz var. Lakin bu, hələlik gündəmdə deyil”.
Şirkətdən o da xatırladılıb ki, bu yaxınlarda Almaniyanın EWE şirkətinin Türkiyədəki təbii qaz paylama şirkətlərindəki payı satın alınıb, şirkət İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderin qalibi olub.