Yuxarı

"SOCAR Turkey" rəhbərliyi İzmirdə neft emalı və neft-kimya konfransında iştirak edəcək

SOCAR Turkey Energy şirkəti və STAR neft emalı zavodunun rəhbərliyi konfransda çıxış edəcəklər

Bakı. 23 avqust. REPORT.AZ/ Sentyabrın 19-21-də Türkiyənin İzmir şəhərində XIX illik Mərkəzi və Şərqi Avropa və Türkiyə neft emalı və neft-kimya konfransı keçiriləcək.

“Report” xəbər verir ki, Ümumdünya Neft Emalı Assosiasiyası və “SOCAR Turkey Energy” şirkətinin yaydığı məlumata görə, konfransda “SOCAR Turkey Energy” şirkətinin və “STAR” neft emalı zavodunun rəhbər şəxsləri iştirak edəcəklər.

Məlumata görə, “SOCAR Turkey Energy”nin baş direktoru Zaur Qəhrəmanov, “STAR” zavodunun baş direktoru İbrahim Palaz və zavodun baş maliyyəçisi Elçin İbadov tədbirdə çıxış edəcəklər.

Ümumdunya Neft Emalı Asosiasiyasının baş direktoru Key Mitçel tədbir barədə danışaraq qeyd edib ki, Mərkəzi, Şərqi Avropa və Türkiyə dünya emal sənayesində önəmli rol oynayır və Petkim yarımadası bu regionda ön sıradadır. “Biz “SOCAR Turkey” və “STAR”ın dəstəyi ilə yenidən İzmirə qayıtmaqdan məmnunuq", - deyə o əlavə edib.

İkigünlük konfransda neft emalı və neft-kimya sənayesindəki yeniliklər, bazar şəbəkəsi barədə danışılacaq, “STAR” zavodunda, “Petkim”də görülən işlər, yeniliklər barədə məlumat veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi