Yuxarı

"SOCAR Turkey" nəhəng yatırımlarını yeni inzibati binasından idarə edəcək - VİDEO

"SOCAR Turkey" nəhəng yatırımlarını yeni inzibati binasından idarə edəcək - VİDEO

İstanbul. 11 iyun. REPORT.AZ/ Türkiyənin ən böyük xarici investoru olan SOCAR-ın Türkiyə ofisi "Vadistanbul"a köçürülüb.

“Report”un Türkiyə bürosu xəbər verir ki, əvvəlcə SOCAR nümayəndə heyəti İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsi yad edib, Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüblər. Sonra Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün həmin ərazidə yerləşən abidəsi ziyarət edilib.

Türkiyədəki fəaliyyətinin 10-cu ildönümündə ünvan dəyişdirən "SOCAR Turkey Enerji A. Ş"nin  yeni binasının açılışını SOCAR-in prezidenti Rövnəq Abdullayev edib.

Türkiyəyə 2008-ci ildə “Petkim”i Özəlləşdirmə İdarəsindən alaraq daxil olan SOCAR yekunlaşdığı zaman 19,5 mlrd. dollara çatacaq böyük investisyalarını artıq “Vadistanbul”dakı ağıllı binası - “SOCAR Plaza”dan idarə edəcək. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və "SOCAR Turkey Enerji" şirkətinin yeni ofis binasının açılışı münasibəti ilə təşkil olunmuş tədbirə SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Türkiyədəki  səfiri Xəzər İbrahim, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, "SOCAR Turkey Enerji A.Ş"nın İdarə Heyətinin rəhbəri Vaqif Əliyev, "SOCAR Turkey Enerji A. Ş"nın baş direktoru Zaur Qəhrəmanov, maliyyə, iş dünyası, neft-qaz sektorunun nümayəndələri və SOCAR əməkdaşları qatılıb.

Açılışda çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, böyük əmək verilərək inşa edilən Azərbaycan investisiyalarının mərkəzi olan yeni ofis binası iki qardaş ölkə arasında daim artan iqtisadi və mədəni işbirliyinin də mərkəzi olacaq.

"SOCAR Plaza"nın giriş hissəsində Azərbaycanın neft və qaz sənayesi tarixindən bəhs edən 220 kvadrat metr ərazidə muzey qurulub. Muzeydə "Şahdəniz-2" ilə Azərbaycanda ilk neftin çıxarıldığı Bibiheybətdəki neft quyularının 3D görüntüləri, toxunularaq idarə olunan ekranlarla interaktiv sistemli görüntülər nümayiş olunur. Müasir dövrün şərtləri və səmərəlilik nəzərə alınaraq dizayn edilən "SOCAR Plaza"da digər ofis binalarından fərqli olaraq hər mərtəbədə sosial yerlər, görüş və iclaslar keçirmək üçün xüsusi otaqlar mövcuddur. 

"SOCAR Turkey Enerji A. Ş"nın yeni binası - "SOCAR Plaza" "Vadistanbul"un ofis və ticarət ərazisindən ibarət olan Bulvar hissəsində 24 min kvadrat metr qapalı əraziyə sahibdir. Azərbaycanın milli simvolları və tarixi motivlərindən yola çıxılaraq dizayn olunan "SOCAR Plaza"da məkana dinamizm qatan rənglər və "açıq ofis" konsepti ilə işçilər üçün daha səmimi və rahat işləmə məkanı yaradılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi