"SOCAR Turkey"in TANAP-da pay alması bu il yekunlaşacaq

"SOCAR Turkey"in TANAP-da pay alması bu il yekunlaşacaq Bunu şirkətin baş direktoru Zaur Qəhrəmanov bildirib
Energetika
31 May , 2017 12:50
SOCAR Turkeyin TANAP-da pay alması bu il yekunlaşacaq
Report.az

Bakı. 31 may. REPORT.AZ/ Bu ilin sonuna "SOCAR Turkey Enerji A.Ş."-nin Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində səhmdar olması məsələsi yekunlaşacaq.

"Report" xəbər verir ki, bunu şirkətin baş direktoru Zaur Qəhrəmanov Bakıda jurnalistlərə bildirib.

"Bu ilin sonuna kimi "SOCAR Turkey"in TANAP-da pay alması məsələsi yekunlaşmalıdır", - deyə Z.Qəhrəmanov qeyd edib.

Qeyd edək ki, söhbət "SOCAR Turkey Enerji"nin SOCAR-ın TANAP-dakı 58%-lik payından 7%-in almasından gedir.

Son xəbərlər

Orphus sistemi