Yuxarı

“SOCAR Turkey”in bazar dəyəri 11 mlrd. dollara çatıb

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş.”nin hazırda bazar dəyəri 11 mlrd. dollara çatıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə  “SOCAR Turkey Enerji”nin baş icraçı direktoru Zaur Qəhrəmanov   bildirib.

Qeyd edək ki, “Goldman Sachs” investisiya bankı 2015-ci ilin avqust ayında “SOCAR Turkey”in 13%-ni 1,3 mlrd. dollara satın alıb.

“Bu gün şirkətin dəyəri həyata keçirilən son investisiyaların təsiri ilə 11 mlrd. dollar ətrafındadır. “SOCAR Turkey”in böyüklüyünə görə ümumilikdə SOCAR-da payı 35% təşkil edir”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, yeni-neft kimya layihəsinin həyata keçirilməsi ilə şirkətin bazar dəyəri daha da artacaq.

Bildirək ki, SOCAR Türkiyədəki investisiyalarına 2008-ci ildə Özəlləşdirmə İdarəsindən “Petkim”in 51%-ni 2,040 mlrd. dollara alaraq başlayıb.

SOCAR-ın “Petlim”, “Petkim”, STAR neft emalı zavodu və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələri daxil olmaqla, ümumi investisiyalarının həcmi hazırda 14,2 mlrd. dollara çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi