Yuxarı

“SOCAR Turkey Enerji” və “Rosneft” arasında saziş imzalanıb

Şirkətlər “Rosneft” məhsullarının, o cümlədən neft və digər xammalın bu müəssisəyə tədarükünün təşkili imkanını nəzərdən keçirəcək

Bakı. 10 oktyabr. REPORT.AZ/ “SOCAR Turkey Enerji AS” ilə “Rosneft” şirkəti İstanbulda keçirilən Ümumdünya Energetika Konqresi çərçivəsində neft və neft məhsulları təchizatının əsas şərtləri haqqında saziş imzalayıb.

"Report" xəbər verir ki, bu haqda AZƏRTAC “Rosneft”in mətbuat xidmətinə istinadla məlumat yayıb.

Sənədə əsasən, tərəflər tikintisi “SOCAR Turkey Enerji” tərəfindən həyata keçirilən və təxminən 10 milyon ton gücə malik yeni “STAR” neft emalı zavodu çərçivəsində əməkdaşlığın potensialını öyrənəcək. Şirkətlər “Rosneft” məhsullarının, o cümlədən neft və digər xammalın bu müəssisəyə tədarükünün təşkili imkanını nəzərdən keçirəcək. Məhsulun nomenklaturası, eləcə də təchizatın həcmi və müddəti tərəflərin ortamüddətli perspektivdə imzalayacağı hüquqi öhdəlik sənədləri çərçivəsində müəyyən olunacaq.

“Rosneft”də hesab edirlər ki, “SOCAR Turkey Enerji” ilə potensial tərəfdaşlıq şirkətin beynəlxalq əməliyyatlarından əlavə sinergetik səmərə əldə etməyə imkan verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi