SOCAR-ın Türkiyədəki investisiya layihələri qrafikə uyğun həyata keçirilir - YENİLƏNİB

SOCAR-ın Türkiyədəki investisiya layihələri qrafikə uyğun həyata keçirilir - YENİLƏNİB Vaqif Əliyev və Zaur Qəhrəmanov Nihad Zeybekçi ilə görüşüblər
Energetika
22 İyul , 2016 11:00
SOCAR-ın Türkiyədəki investisiya layihələri qrafikə uyğun həyata keçirilir - YENİLƏNİB

İlk xəbər 09:43-də dərc olunub

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə qurumu "SOCAR Turkey Enerji A.Ş"nin rəhbərliyi bu ölkənin iqtisadiyyat naziri Nihad Zeybekçi ilə görüşüb.

"Report" bu barədə şirkətə istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, "SOCAR Turkey Enerji A.Ş" və "Petkim Holding"in İdarə heyətinin sədri Vaqif Əliyev və "SOCAR Turkey Enerji A.Ş"nin baş direktoru Zaur Qəhrəmanov iqtisadiyyat naziri Nihad Zeybekçi ilə görüşüb.

Qeyd edək ki, SOCAR 2008-ci ildə "Petkim Holding"in özəlləşdirilməsilə Türkiyə bazarına daxil olub və burada "SOCAR Turkey Enerji A.Ş" adı ilə fəaliyyət göstərir.

***

Görüşdə SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr müzakirə olunub, investisiya layihələrinin qrafikə uyğun şəkildə həyata keçirildiyi vurğulanıb. Qeyd edilib ki, Türkiyənin ictimai-siyasi həyatında baş verən son hadisələr SOCAR-ın layihələri üzrə işlərin gedişinə mane olmayıb və bütün layihələr əvvəlcədən planlaşdırıldığı kimi, normal qaydada həyata keçirilir. Bildirilib ki, SOCAR prezidenti Rövnəq Abdullayevin qeyd etdiyi kimi, SOCAR Türkiyədə 40 min nəfərlik bir ailəni təmsil edir və Türkiyəni öz doğma evi hesab edir. Türkiyə iqtisadiyyatına yatırımların bu günə qədər olduğu kimi bundan sonra da davam edəcəyi, daha da yüksələcəyi vurğulanıb. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi SOCAR-ın Türkiyədə ən iri investorlardan biri olduğunu vurğulayıb, şirkətin həyata keçirdiyi layihələrin Türkiyə iqtisadiyyatı üçün mühüm önəm daşıdığını bildirib. O, SOCAR-ın Türkiyədəki fəaliyyətinə uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi