Yuxarı

​"SOCAR Turkey Energy"nin TANAP-da pay alması payızda yekunlaşacaq

Zaur Qəhrəmanov: Ən geci sentyabr ayında proses yekunlaşacaq

Bakı. 1 iyun. REPORT.AZ/ "SOCAR Turkey Energy" şirkətinin Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində iştirak payı alması məsələsi bu ilin sonuna qədər həll olunacaq. Bunu "Report"a açıqlamasında "SOCAR Turkey Energy"nin baş direktoru Zaur Qəhrəmanov bildirib. 

"Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi Cənub Qaz Dəhlizi üzrə Dövlət Komissiyası fəaliyyət göstərir və Komissiya bu əməliyyat üçün razılıq verib. Azərbaycan tərəfindən bütün razılıqlar alınıb, Türkiyə tərəfdən razılıq alınmalıdır. Çalışırıq ki, bir-iki aya məsələni bitirək. Ən geci sentyabr ayında proses yekunlaşacaq", -deyə Z.Qəhrəmanov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi