Bakı. 31 may. REPORT.AZ/ “SOCAR Turkey” şirkəti “Petkim” neft-kimya kompleksinin və “STAR” Neft Emalı Zavodunun (NEZ) enerji ilə təminatı üçün böyük elektrik kompleksinin inşasını planlaşdırır.
“Report” xəbər verir ki, bunu “SOCAR Turkey Enerji A. Ş.”nin baş direktoru Zaur Qəhrəmanov Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, layihənin dizayn və mühəndislik işləri artıq yekunlaşıb: “Bu ilin ortalarında tender elan ediləcək və böyük elektrik kompleksi inşa olunacaq”.
Z.Qəhrəmanov layihənin böyük ehtimalla qazla işləyəcəyini qeyd edib.