​"SOCAR Turkey" 2023-cü ildə ixracını 5 mlrd. dollara çatdıracaq

​"SOCAR Turkey" 2023-cü ildə ixracını 5 mlrd. dollara çatdıracaq Bu, 2018-ci il üçün olan proqnoza nisbətən 2 mlrd. dollar çoxdur
Energetika
1 Sentyabr , 2015 15:16
​SOCAR Turkey 2023-cü ildə ixracını 5 mlrd. dollara çatdıracaq

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə qurumu olan "SOCAR Turkey" şirkəti "Star" neft emalı zavodu fəaliyyətə başlayandan sonra ilk beş il ərzində - 2023-cü ilədək ixracın həcmini 5 mlrd. ABŞ dollarına çatdırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib. Belə ki, 2018-ci ildə şirkətin ixracının 3 mlrd. dollar olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2018-ci ildə 15 mlrd. dollar ümumi dövriyyə hədəfləyən şirkət 2023-cü ildə bu rəqəmi 2 dəfə artıraraq 30 mlrd. dollara çatdırmağı planlaşdırır. Türkiyənin ən böyük sənaye şirkəti olmağı hədəfləyən "SOCAR Turkey" işçilərinin sayını da iki dəfə artıracaq və 10 min nəfərə çatdıracaq.

Xatırladaq ki, SOCAR 2008-ci ildə "Petkim Holding"in özəlləşdirilməsi ilə Türkiyədə fəaliyyətinə başlayıb və burada "SOCAR Turkey" adı ilə fəaliyyət göstərir. "SOCAR Turkey" şirkətinin ortaqlıq quruluşuna əsasən, "SOCAR Turkey Energy A.Ş"nin 87% hissəsi SOCAR-a aiddir. 14 avqust 2015-ci ildən etibarən "Goldman Sachs" və "JP Morgan" bankları ("Goldman Sachs International") "SOCAR Turkey"in 13%-lik hissəsinə ortaq olub.

Son xəbərlər

Orphus sistemi