"SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olunub

"SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olunub Şirkət "İlin strateji razılaşması" nominasiyasında mükafatlandırılıb
Energetika
14 Dekabr , 2015 13:59
SOCAR Trading şirkətinə Platts Global Energy Awardsın mükafatı təqdim olunub

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi olan "SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olunub.

"Report"un "SOCAR Trading"ə istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda keçirilən təltifetmə mərasimdə şirkət "İlin strateji razılaşması" nominasiyasında mükafatlandırılıb. Şirkət bu mükafata Maltadakı LNG layihəsinə görə layiq görülüb.

Qeyd edək ki, "Platts Global Energy Awards" 1999-cu ildə təsis edilib və enerji sahəsinin "Oskar"ı kimi qəbul olunur. Müsabiqə dünyanın enerji sektorunda 17 kateqoriya üzrə fəaliyyət istiqamətlərini əhatə edir.

Son xəbərlər

Orphus sistemi