​"SOCAR Trading" Şimali Amerikada fəaliyyətini genişləndirmək niyyətindədir

​"SOCAR Trading" Şimali Amerikada fəaliyyətini genişləndirmək niyyətindədir Arzu Əzimov: "İlin sonuna kimi xam neftin bir barelinin qiyməti 60 dollara çata bilər"
Energetika
15 İyun , 2016 11:02
​SOCAR Trading Şimali Amerikada fəaliyyətini genişləndirmək niyyətindədir

Bakı. 15 iyun. REPORT.AZ/ "SOCAR Trading" şirkəti Şimali Amerikada fəaliyyətini genişləndirmək niyyətindədir. Kanadanın Kalqari şəhərində bu yaxınlarda ofis açan şirkət ABŞ-ın Hyuston şəhərində ofis açmaq istəyir.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu "SOCAR Trading" şirkətinin icraçı direktoru Arzu Əzimov deyib.

Kalqaridəki ofisdə 15 nəfər əməkdaş çalışır. Burada yerli Kanada xam nefti, təbii qaz və maliyyə törəmələri ilə ticarət aparılır. Ticarət əməliyyatlarının rəhbərliyinə "PetroChina" və BP-nin keçmiş icraçısı Qari Pon gətirilib. 

A.Əzimov SOCAR-ın xaricdəki bəzi nümayəndəliklərinin bağlanması məsələsinə də münasibət bildirib. İcraçı direktor deyib ki, bu qənaət proqramının bir hissəsi idi və "SOCAR Trading"ə aid deyil. Onun sözlərinə görə, bazardakı volatillik ticarət qoluna yardım edib.

A.Əzimov ilin sonuna kimi xam neftin bir barelinin qiymətinin 60 dollara çatacağını təxmin etdiyini, lakin arada 40 dollara düşəcəyini də istisna etmədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi